Rusiyanın bu şəhərində çoxmərtəbəli binada partlayış baş verib, qurbanların sayı artır...

Rusiyanın bu şəhərində çoxmərtəbəli binada partlayış baş verib, qurbanların sayı artır...<span class="qirmizi"></span>

Rusiyanın bu şəhərində çoxmərtəbəli binada partlayış baş verib, qurbanların sayı artır...

"Nijnevartovsk şəhəri Samotlor neft yatağının bilavasitə yaxınlığında yerləşir və Rusiya neft sənayesinin ən iri mərkəzlərindən biridir..."

Bazar günü Rusiyanın Nijnevartovsk şəhərində çoxmərtəbəli binada partlayış baş verib. 10 nəfərdən çox adam zərər çəkib. Binadan 25 nəfər təxliyə edilib. Qonşu binadakı insanlar da təxliyə edilib. Şahidlərin məlumatına görə, hadisə yerində güclü qaz qoxusu gəlir.

Moderator.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Partlayış Mir küçəsində yerləşən evin mənzillərinin birində baş verib, nəticədə iki girişdə 2-ci və 3-cü mərtəbələr arasındakı arakəsmələr çöküb.

Məlumat verilir ki, dağıntılar altında adamlar qala bilər. O cümlədən 12 yaşlı yeniyetmə oğlanın axtarışı davam edir. Partlayışdan öncə o, ikinci mərtəbədə mənzillərin birində olub. Hələlik, yeniyetmə itkin düşmüş sayılır.

Sonradan FHN 4 nəfərin həlak olması barədə məlumat yayıb.

Nijnevartovsk şəhərinin meri Dmiri Koşşenko bəyan edib ki, partlayış nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb. İkinci mərtəbədə hermetizasiyası pozulan qaz balonu aşkar edilib. Partlayışın səbəbi kimi qaz balonun düzgün quraşdırılmaması və onun istismarı qaydalarının pozulmasıdır. Merin sözlərinə görə, bina qazlaşdırılmayıb.

Rusiyanın "Ura.ru" nəşrinin müxbirinin sözlərinə görə, partlayış baş verən bina müvafiq xidmətlər tərəfindən əhatəyə alınıb. Sakinlər müvəqqəti yerləşmə yerinə göndərilir.

"Mən ayaqyoluna girmişdim və başımın üzərindən gurultu eşitdim. Bu zaman qaz qoxusu hiss etdim və bir neçə saniyədən sonra partlayış baş verdi",- zərərçəkən evin sakini Anatoli Şibanov söyləyib.

Nijnevartovsk Rusiyanın Nijnevartovsk rayonu Xantı-Mansisk inzibati dairənin mərkəzidir. Bu şəhər Samotlor neft yatağının bilavasitə yaxınlığında yerləşir və Rusiya neft sənayesinin ən iri mərkəzlərindən biridir.

Dairənin qubernatoru Natalya Komarova məlumat verib ki, vəziyyət nəzarət altındadır. Səhiyyə departamentinin rəhbəri Aleksey Dobrovolski və bir sıra tibb işçiləri zərərçəkənlərə yardım göstərmək üçün Nijnevartovska uçub.

Qubernatorun müavini Aleksandr Tirtoka məlumat verib ki, partlayış baş verən binada 226 nəfər yaşayır.

Mənbə: moderator.az