Qusar şəhərində yaşayış evi yanıb, bir nəfər yanaraq ölüb

Qusar şəhərində yaşayış evi yanıb, bir nəfər yanaraq ölüb<span class="qirmizi"></span>

Qusar şəhərində yaşayış evi yanıb, bir nəfər yanaraq ölüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

"Report"un Şimal bürosu xəbər verir ki, şəhər sakini 1973-cü il təvəllüdlü Arif Ricayəddin oğlu Qədirovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yanğın M.V.Vidadi küçəsində yaşayış evində qeydə alınıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mənbə: report.az