Rusiyadan Türkiyəyə uçan təyyarədən 46 sərnişin düşürüldü

Rusiyadan Türkiyəyə uçan təyyarədən 46 sərnişin düşürüldü<span class="qirmizi"></span>

Kalininqrad hava limanından Antalyaya çarter reysləri bərpa edildikdən sonra sərnişinlərin təxminən dörddə biri birinci reyslə uça bilməyib.

Bu barədə TASS agentliyi məlumat verib.

“197 nəfərdən 46-sı istisna olmaqla, hamısı bir qədər gecikmə ilə Sankt-Peterburqdan xüsusi olaraq bu çarter reysi üçün gələn təyyarə ilə yola düşüb. Lakin Kalininqradda  texniki nasazlıq aşkar olunub və komandir 46 sərnişini endirməyə qərar verib”, - mətbuat xidmətindən bildirilib.

Mənbə: