Bakıda motosikl avtomobillə toqquşub, 1 nəfər yaralanıb

Bakıda motosikl avtomobillə toqquşub, 1 nəfər yaralanıb<span class="qirmizi"></span>

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1985-ci il təvəllüdlü Cahangirli Azər Loğman oğlu idarə etdiyi motosiklla hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosiklın sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az