İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

İmişlidə avtomobil piyadanı vuraraq öldürdü<span class="qirmizi"></span>

 

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Yaqubov Sarvan Sarab oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən İmişli Rayon Xəstəxanasına aparılıb və orada ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: www.oxu.az