Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları – Video

Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları – Video<span class="qirmizi"></span>

Bakı Apelyasiya Məhkəməsində 2 nüfuzlu ailənin yarım milyon manatlıq iddiası üzrə proses yekunlaşıb.

İş üzrə cavabdeh məşhur “Qurd qapısı” restoranın sahiblərindən biri olan tanınmış iş adamı Şahəddin Abdullayevin oğludur. İddiaçı tərəf baş verənlərdə iş adamının özünü günahlandırır, ailənin dağılması və bu mübahisənin əsas səbabkarı kimi onu görürlər.

Minval.info xəbər verir ki,“Yeni Müsavat” bu qalmaqallı məhkəmə prosesini izləmək üçün əvvəlcədən hakim Rəfael Eyvazova rəsmi məktub ünvanlayıb. Lakin hakim son anda jurnalistlərin açıq məhkəmə prosesində iştirakına icazə verməyib.

Qalmaqallı iş üzrə Nigar İlqar qızı Abdullayeva (Məmmədova) iddiaçıdır. O, təxminən 500 min manat dəyərində məşhur brend markalı qızıl-zinət əşyaları, müxtəlif akssesuarlar, kürk və şubalar, ona hədiyyə olunmuş cehiz əşyalarını tələb edir.

Nigar Abdullayevanın anası Aidə Məmmədova “Yeni Müsavat”a bildirib ki, 2013-cü ilin oktyabrında iş adamı Şamxal Şahəddin oğlu Abdullayev onun qızı ilə rəsmi nikaha girib. Bu nikahdan 2 azyaşlı övladları dünyaya gəlib. Onun sözlərinə görə nikah dövründə cütlüyün ailə münasibətləri yaxşı olub.
2020-ci ilin yanvarında Nigar Abdullayeva nənəsinə baş çəkmək üçün sonuncunun evinə gedib. O, evdən çıxdıqdan sonra həyat yoldaşı Şamxal Abdullayev dayənin müşayiəti ilə azyaşlı övladlarından birini Nigar Abdullayevanın ata evinə göndərib.

Nigar Abdullayeva geri döndükdə birgə yaşadıqları mənzilin qıfılının dəyişdirildiyini görüb. Beləliklə, o, mənzilə daxil olmaq və şəxsi əşyalarını götürmək imkanından məhrum olub. Nigar Abdullayeva bildirib ki, bundan sonra əri Şamxal Abdullayevlə əlaqə saxlamağa çalışsa da, heç bir nəticəsi olmayıb. Şamxal Abdullayev onun telefon nömrəsini də blok edib. Nəticədə Nigar Abdullayevaya məxsus ümumi dəyəri təxminən 500 min manat dəyərində olan məşhur brend markalı qızıl əşyaları, müxtəlif akssesuarlar, kürk və şubalar, müxtəlif geyimlər, ona hədiyyə olunmuş cehiz əşyaları qayınatası Şahəddin Abdullayevə məxsus olan və Nəsimi rayonu, S.Vurğun küçəsi. 86, A, mənzil 38 ünvanındakı mənzildə qalıb. İddiaçı həmçinin ər-arvadın ümumi əmlakına aid olmayan, atası tərəfindən alınmış mənzilin kirayəsindən əldə edilərək toplanmış 150 min ABŞ dollarını da tələb edir. Mənzildə qalan əşyalar arasında Nigar Abdullayevaya məxsus Azərbaycan Dövlət İqtisad Universitetinin diplomu da var.

Qeyd edək ki, cütlük mübahisədən sonra, 2020-ci ilin noyabr ayında rəsmi surətdə boşanıb. Məhkəmənin qərarı ilə azyaşlı uşaqlar anada qalıb. Nigar Abdullayeva bildirib ki, həyat yoldaşı bu günə qədər aliment ödəmir. Nigar Abdullayeva ona məxsus əşyaları qarşı tərəfdən ala bilmədiyi üçün məhkəməyə müraciət edib. Nəticədə 2021-ci ilin aprel ayında Yasamal Rayon Məhkəməsində məhkəmə prosesi keçirilib. Hakim Təhminə Xəlilovanın sədrliyi ilə keçən məhkəmədə Nigar Abdullayevanın iddiası qismən təmin olunub, onun bəzi əşyaları geri qaytarılıb.

Lakin Nigar Abdullayevanın anası Aidə Məmmədova “Yeni Müsavat” əməkdaşına bildirib ki, qarşı tərəfin qaytardığı əşyalar onlara məxsus deyil, üstəlik qızıl-zinət əşyaları da saxtalaşdırılıb:

“Bizə qaytarılan əşyalar tamamilə yararsız, cırıq vəziyyətdədir, hansı ki, onu heç kim istifadə etməz. Ən əsası isə bahalı brend markalı qızıl əşyalarının üzü çıxarılaraq, saxtalarını bizə qaytarıblar. Bununla bağlı əlimizdə videofaktlar da var. Qızımın geyim və əşyalarını hazırda Şahəddin Abdullayevin qızı istifadə edir. Biz sadəcə öz əşyalarımızı tələb edirik. Yasamal Rayon Məhkəməsi isə bizim iddiamızı qismən təmin etdi”.

Məhkəmə prosesində qarşı tərəfin vəkilləri iştirak edib. Hakim Rəfael Eyvazov Yasamal Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlayıb.

İddiaçının vəkili Elmar Kərimov bildirib ki, çıxarılan qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Nigar Abdullayeva geri döndükdə birgə yaşadıqları mənzilin qıfılının dəyişdirildiyini görüb. Beləliklə, o, mənzilə daxil olmaq və şəxsi əşyalarını götürmək imkanından məhrum olub. Nigar Abdullayeva bildirib ki, bundan sonra əri Şamxal Abdullayevlə əlaqə saxlamağa çalışsa da, heç bir nəticəsi olmayıb. Şamxal Abdullayev onun telefon nömrəsini də blok edib. Nəticədə Nigar Abdullayevaya məxsus ümumi dəyəri təxminən 500 min manat dəyərində olan məşhur brend markalı qızıl əşyaları, müxtəlif akssesuarlar, kürk və şubalar, müxtəlif geyimlər, ona hədiyyə olunmuş cehiz əşyaları qayınatası Şahəddin Abdullayevə məxsus olan və Nəsimi rayonu, S.Vurğun küçəsi. 86, A, mənzil 38 ünvanındakı mənzildə qalıb. İddiaçı həmçinin ər-arvadın ümumi əmlakına aid olmayan, atası tərəfindən alınmış mənzilin kirayəsindən əldə edilərək toplanmış 150 min ABŞ dollarını da tələb edir. Mənzildə qalan əşyalar arasında Nigar Abdullayevaya məxsus Azərbaycan Dövlət İqtisad Universitetinin diplomu da var. Qeyd edək ki, cütlük mübahisədən sonra, 2020-ci ilin noyabr ayında rəsmi surətdə boşanıb. Məhkəmənin qərarı ilə azyaşlı uşaqlar anada qalıb. Nigar Abdullayeva bildirib ki, həyat yoldaşı bu günə qədər aliment ödəmir. Nigar Abdullayeva ona məxsus əşyaları qarşı tərəfdən ala bilmədiyi üçün məhkəməyə müraciət edib. Nəticədə 2021-ci ilin aprel ayında Yasamal Rayon Məhkəməsində məhkəmə prosesi keçirilib. Hakim Təhminə Xəlilovanın sədrliyi ilə keçən məhkəmədə Nigar Abdullayevanın iddiası qismən təmin olunub, onun bəzi əşyaları geri qaytarılıb. Lakin Nigar Abdullayevanın anası Aidə Məmmədova “Yeni Müsavat” əməkdaşına bildirib ki, qarşı tərəfin qaytardığı əşyalar onlara məxsus deyil, üstəlik qızıl-zinət əşyaları da saxtalaşdırılıb: “Bizə qaytarılan əşyalar tamamilə yararsız, cırıq vəziyyətdədir, hansı ki, onu heç kim istifadə etməz. Ən əsası isə bahalı brend markalı qızıl əşyalarının üzü çıxarılaraq, saxtalarını bizə qaytarıblar. Bununla bağlı əlimizdə videofaktlar da var. Qızımın geyim və əşyalarını hazırda Şahəddin Abdullayevin qızı istifadə edir. Biz sadəcə öz əşyalarımızı tələb edirik. Yasamal Rayon Məhkəməsi isə bizim iddiamızı qismən təmin etdi”. Məhkəmə prosesində qarşı tərəfin vəkilləri iştirak edib. Hakim Rəfael Eyvazov Yasamal Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlayıb. İddiaçının vəkili Elmar Kərimov bildirib ki, çıxarılan qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər. Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mənbə: minval.info