İndoneziyada terror aktı törədilib, yaralananlar var

İndoneziyada terror aktı törədilib, yaralananlar var<span class="qirmizi"></span>

İndoneziyanın Bandunq şəhərində polis bölməsində baş verən terror aktında azı üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, polis idarəsinin daxilində partlayışı kamikadze törədib.

Daha öncə “Antara” agentliyi partlayışın yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 05:30) baş verdiyini bildirmişdi.

Mənbə: report.az