Arvadının brilyant üzüyünü ATDI - 20 ton zibilliyə girdi... - FOTO

ABŞ-da ər arvadının brilyant üzüklərini zibilliyə atıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Hempşir ştatında yaşayan amerikalı cütlük üzükləri 20 ton zibilliyin arasından tapıb.

Hadisənin təfərrüatları isə hamını heyrətləndirib.

Sindi Batler nişan və toy üzüyünü yuyaraq qurutmaq üçün salfetə büküb və mətbəx taxtasının üzərinə qoyub. Əri Kevin Batler mətbəxi səliqəyə saldığı zaman salfetin içərisində üzüklərin olduğunu bilmədən onları zibil qutusuna atıb.

Butler sonra zibil qutularını yerli zibil toplama məntəqəsinə aparıb. Sindi Batler tezliklə narahat olmağa və evin hər yerində üzüklərini axtarmağa başlayıb. Bu zaman Kevin sürətlə zibil daşıma stansiyasına tərəf qaçıb.

Növbətçi işçilərlə birgə 20 ton zibil içərisində brilyant üzüyü axtaran Kevin zibil torbasının altındakı üzükləri tapıb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

"Rusiya lazım gələrsə, özünü bütün vasitələrlə müdafiə etməyə hazırdır" - Putin

SONRAKI XƏBƏR

Ukrayna Almaniyadan 14 ədəd özüyeriyən haubitsa alıb