"Dünya qızılca epidemiyası təhlükəsilə üz-üzədir" - Ümumdünya Səhiyyə Təşkilatı

"Dünya qızılca epidemiyası təhlükəsilə üz-üzədir" - Ümumdünya Səhiyyə Təşkilatı<span class="qirmizi"></span>

"Dünyada hər il qızılca ilə 9 milyon xəstələnmə və 128 min ölüm halları qeydə alınır..."

"Qızılca ilə xəstələnmə körpənin immun sisteminin uzunmüddətli zədələnməsinə səbəb olur..."

"Peyvəndlənmədən imtina edilməsi dünyanın bütün regionlarında qızılca epidemiyasına gətirib çıxara bilər..."

Koronavirus pandemiyasının nəticələlərindən biri planlı tibbi yardıma çıxışın məhdudlaşması və immunizasiyanın aşağı səviyyəsi olub.

Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılcanı "dünyanın bütün regionlarında qaçılmaz təhlükə" elan edib.

Moderator.az xəbər verir ki, bu barədə "rg.ru" nəşri məlumat yayıb.

Təşkilat qeyd edir ki, 2021-ci ildə rekord sayda- təxminən 40 milyon uşaq heç olmasa qızılcaya qarşı bir peyvəndi buraxıb.

Qızılca virus respirator xəstəlikdir, onun yayılması Covid-19-a bənzəyir. İnsanlar arasında xəstəlik hava-damcı və aerozol yolu ilə keçir. Yoluxmanın yüngül hallarında səpki və qızdırma baş verir. Amma ağır hallarda ensefalit (beyin ödemi), korluq və pnevmoniya yarana bilər.

Dünyada hər il qızılca ilə 9 milyon xəstələnmə və 128 min ölüm halları qeydə alınır. Hazırda qızılcaya qarşı mövcud olan peyvənd çox effektlidir. Əksəriyyət ölkələrdə peyvədlənmə iki mərhələdə aparılır: birinci mərhələ uşağın bir yaşı olanda, ikinci mərhələ dörd yaşında. Belə sxem qızılcadan 99 faiz qorunmağa imkan verir.

İnkişaf etməkdə olan ölkələrdə peyvəndlərdən istifadə səviyyəsi aşağı olduğundan qızılcaya yoluxan hər onuncusu vəfat edir. İnkişaf etmiş ölkələrdə ölüm hallarının əksəriyyəti peyvənd olunmayanların payına düşür və təxminən hər 1-5 min haldan birində rast gəlinir.

Alimlər qeyd edir ki, qızılca fövqəladə dərəcədə yoluxdurucudur. Bir nəfər yoluxan 12-18 nəfəri yoluxdura bilər. Müqayisə üçün koronavirusun "omikron" ştammı üçün bu rəqəm 8, 2 təşkil edir.

Xəstəliyin baş qaldırmasını nəzarətdə saxlamaq və cəmiyyətdə onun yayılmasını minimuma endirmək üçün əhalinin peyvənd olunmalı hissəsi kollektiv immunitet həddi (KİH) adlanır. Qızılca üçün bu hədd 95 faizdir.

Lakin dünyanın böyük hissəsində bu faiz xeyli aşağıdır, ona görə də qlobal göstərici iki doza üçün 71 faiz, bir doza üçün 81 faiz təşkil edir.

Alimlər vurğulayır ki, qızılca ilə xəstələnmə körpənin immun sisteminin uzunmüddətli zədələnməsinə gətirib çıxara bilər.

Peyvənd olunmayan əhalidə xəstəlyin ağır forması infeksiyanı aşkar etmək qabiliyyətinə malik anticismlərin 40 faizinin itirilməsinə gətirib çıxarır. Qızılcanın yüngül hallarından sonra peyvənd olunmayan uşaqlar anticismlərin 33 faizini itirir.

Peyvəndlərə qarşı hərəkat peyvəndlənmə barədə saxta şayiələr yaradıb. Bunların arasında peyvəndlənmənin əleyhdarı olan Endrü Ueykfildin belə bir iddiası aiddir ki, MMR-peyvəndi autizm yarada bilər.

Dezinformasiyanın bu dalğası koronavirus pandemiyası başlanandan yayılmağa başlayıb. Bu, gələcəkdə peyvəndlənmədən intinaya və nəticədə dünyanın bütün regionlarında qızılcanın baş qaldırmasına gətirə bilər.

Mənbə: moderator.az