Rusiya Ordusu 441 mülki ukraynalını öldürüb - BMT İnsan Haqları İdarəsinin HESABATI

Rusiya Ordusu 441 mülki ukraynalını öldürüb - BMT İnsan Haqları İdarəsinin HESABATI<span class="qirmizi"></span>

Rusiya Ordusu müharibənin ilk həftələrində Ukraynada uşaqlar da daxil olmaqla 441 mülki əhalini qətlə yetirib.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları İdarəsinin hesabatında qeyd edilib.

Bildirilib ki, hesbatda Ukraynanın üç regionunun - Kiyev, Çerniqov və Sumı ərazilərindəki qətllərin sayı qeyd edilib.
Bildirilib ki, hesabat yalnız rəsmi olaraq sənədləşdirilmiş qətllər əsasında tərtib edilib və Rusiya işğalı qurbanlarının faktiki sayı daha çoxdur.

“Təsvir edilən əməllər Rusiya silahlı qüvvələri tərəfindən onların nəzarəti altında olan ərazilərdə törədilib və 441 mülki şəxsin – 341 kişi, 72 qadın, 28 uşağın (20 oğlan və 8 qız) ölümünə səbəb olub”, - deyə hesabatda qeyd edilib.

Bizim.Media

Mənbə: bizim.media