Ofisində bıçaqlanan Öztürk Yılmazdan ilk açıqlama: Mən səndən qorxmuram

İnnovasiya Partiyasının sədri Öztürk Yılmaz Ankarada ofisində bıçaqlı hücuma məruz qalıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, omba nahiyəsindən bıçaqlanan Yılmaz xəstəxanaya aparılıb.

Xəstəxanadan verdiyi açıqlamada hadisə ilə bağlı danışan Yılmaz, "İtlərini göndərərək mənə mesaj göndərmək istəyənlər bilsinlər ki, mən sizdən qorxmuram, daha güclü qaldığım yerdən davam edəcəyəm". İnnovasiya Partiyasının sədri və 26 və 27-ci dövr Ərdahan Millət vəkili Öztürk Yılmaz partiyasının Ankara Çankayadakı qərargahında görüşə gələn naməlum şəxs tərəfindən bıçaqlanıb. Yılmaz ombasından yaralanarkən, təcavüzkar hadisə yerindən qaçıb.

Manset.az

ƏVVƏLKİ XƏBƏR

“Ermənistanın Zəngəzur dəhlizinin açılmasına bundan sonra da müqavimət göstərmək imkanı yoxdur”

SONRAKI XƏBƏR

Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib - SƏBƏB