Partiya sədrinə 4 bıçaq zərbəsi vuran şəxs tutuldu

Partiya sədrinə 4 bıçaq zərbəsi vuran şəxs tutuldu<span class="qirmizi"></span>

Yenilik Partiyasının sədri Öztürk Yılmazı bıçaqlayan şəxs Bolu şəhərində tutulub.Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, Ö.Yılmaza partiyanın qərargahında 4 bıçaq zərbəsi vurub qaçan Sərhat K. Bolu Şəhərlərarası Avtovağzalda saxlanılıb.

Partiyanın üzvü Osman Yaylagül Ö.Yılmazın müalicə olunduğu xəstəxanada mətbuata açıqlama verib. Onun sözlərinə görə, hücum edən şəxs partiya sədrinin birbaşa boynunu hədəf alıb. Ancaq bıçaq zərbələri Yılmazın kürəyinə və ombasına dəyib.

Mənbə: www.bakupost.az