Şəmkirdə ər 33 yaşlı arvadını öldürdü - Fotolar + Yenilənib

Şəmkirdə ər 33 yaşlı arvadını öldürdü - <span class="qirmizi">Fotolar + Yenilənib</span>

Şəmkir rayonunda qətl törədilib.

Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verilir ki, rayonun Könüllü kəndində  1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

***

Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

“Qafqazinfo” “APA”ya istinadən xəbər  verir ki, qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mübahisələri olub.

Bunu mərhumun atası Elman Orucov deyib.

Onun sözlərinə görə, son vaxtlar qızının ailəsində problemlər yaranıb. Qətl söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə olub.

Qeyd edək ki, hər iki şəxs yaxın qohum olub.


Mənbə: qafqazinfo.az