Metronun yanında törədilən qətllə bağlı yeni DETALLAR - VİDEO

Metronun yanında törədilən qətllə bağlı yeni DETALLAR - VİDEO<span class="qirmizi"></span>

Bakıda "Həzi Aslanov" metrostansiyasının qarşısında qadın əri tərəfindən qətlə yetirilib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, öldürülən 1983-cü il təvəllüdlü Raminə Qəribova "Həzi Aslanov" metrostansiyasının yaxınlığındakı gözəllik salonlarından birində işləyirmiş.

Qadının yaxınları bildirib ki, R.Qəribova ilə həyat yoldaşı arasında problemlər olub. Qadın boşanmaq istəsə də, əri də buna qarşı çıxıb. Daha sonra aralarında mübahisə yaşanıb.

Qeyd edək ki, Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumata görə, zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq aparılır.

BAKU.WS hadisə ilə bağlı görüntüləri təqdim edir:

Mənbə: baku.ws