Xanım sürücünün idarə etdiyi avtomobil kanala düşdü - VİDEO

Xanım sürücünün idarə etdiyi avtomobil kanala düşdü - <span class="qirmizi">VİDEO</span>

Bu gün səhər saatlarında Abşeron rayonu, Goradil dəmiryol stansiyasının yaxınlığında avtomobil kanala aşıb.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Şahidlərin sözlərinə görə, hadisə hava tam aydınlanmamış baş verib.

Bildirilir ki, "Nissan Tida" markalı avtomobildə qadın sürücü və məktəbli övladı olub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobil yararsız vəziyyətə düşüb.

Sakinlər sözügedən ərazidə belə halların tez-tez yaşandığını iddia edirlər. Onlar buna səbəb kimi, küçələrdə işıqların olmamasını göstərirlər.

Mənbə: baku.ws