Rusiyada donuz qripi ilə bağlı vəziyyət gərginləşib

Rusiyada donuz qripi ilə bağlı vəziyyət gərginləşib<span class="qirmizi"></span>

Rusiyanın bəzi regionlarında qrip, o cümlədən donuz epidemiyası ilə bağlı vəziyyət gərgindir.

"Unikal" xəbər verir ki, bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova cümə axşamı bildirib.

Onun sözlərinə görə, artıq Rusiyanın 74 regionunda donuz qripi aşkarlanıb: "Vəziyyət onsuz da kifayət qədər gərgindir".

Popova bildirib ki, qrip ilk növbədə uşaqları və yaşlı insanları, həmçinin səhhəti zəif olan insanları tutur.

 

Mənbə: www.unikal.org