Azərbaycanda 18 il azadlıqdan məhrum edilən məhbus özünü öldürdü

Azərbaycanda 18 il azadlıqdan məhrum edilən məhbus özünü öldürdü<span class="qirmizi"></span>

Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, orada cəza çəkən 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov özünə qəsd edib.

O, şüşə qırığı ilə özünə xəsarətlər yetirərək, intihar edib.

Qeyd edək ki, M.Əhmədov 2021-ci il dekabr ayında Tovuzda törətdiyi cinayətə görə tutulubmuş.

Belə ki, həmin vaxt rayonun İbrahimhacılı kənd sakinləri - 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Alırzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.

Məhkəmənin qərarı illə, M.Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilibmiş.

 

Mənbə: www.oxu.az