Masazırda şagirdi sinif yoldaşının ailəsi döydü

Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid adına 1 saylı orta məktəbin şagirdi döyülüb.

Axar.az xəbər verir ki, bu barədə şagirdin atası Möhübbət Şirinov Faktmedia.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 13 yaşlı övladı Vüsal Şirinovu sinif yoldaşının valideynləri döyüb.

“Oğlumla sinif yoldaşı arasında mübahisə düşüb. Hadisədən sonra sinif yoldaşının atası, dayısı, bir də başqa şəxs Vüsalı döyüblər. Oğlum avtobus gözləyirmiş. Maşına mindirmək istəyəndə qaçıb. Uşağın başını yarıblar”, - atası bildirib.

Ailə hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"İranlılar və ermənilər Artsaxa daha rahat gedir" - Fars təhlilçidən hədyan

SONRAKI XƏBƏR

Lavrovun tualet şoku!