Egey dənizində 4 bal gücündə zəlzələ baş verdi

Egey dənizində 4 bal gücündə zəlzələ baş verdi<span class="qirmizi"></span>

Egey dənizində, Gökova körfəzi sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, dəniz səthindən 6 kilometr dərinlikdə olan zəlzələnin episentrinin Muğlanın Bodrum rayonundan 11,71 kilometr uzaqlıqda olduğu müəyyən edilib.

Mənbə: axar.az