Daha iki azərbaycanlı Ukraynada döyüşlərdə həlak oldu - FOTO

Daha iki azərbaycanlı Ukraynada döyüşlərdə həlak oldu - FOTO<span class="qirmizi"></span>

 

Əslən Azərbaycandan olan könüllü döyüşçülər Ruslan Bayramov və Ziya Nadirov Ukrayna Silahlı Qüvvələrinin sıralarında rus ordusu ilə döyüşdə həlak olublar.

Metbuat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ziya Nadirovun vəfatını onun anası Gülnarə Əlibəyova açıqlayıb. O, oğlunun fotosunu sosial şəbəkədə yerləşdirib:

"Bu mənim oğlum Nadir Ziyadır. O, Ukrayna torpağını müdafiə edərək dünyasını dəyişib. İki oğlu qalıb. 41 yaşına düz bir ay qalmışdı".

Digər könüllü Ruslan Bayramov da Ukrayna müharibəsində həlak olub. O, Nikolayev rayonunun Ternovye Podı kəndi uğrunda gedən döyüşlərdə həlak olub.

 

 

 

Mənbə: metbuat.az