"Taliban" 27 nəfəri zina və oğurluğa görə qamçıladı

"Taliban" 27 nəfəri zina və oğurluğa görə qamçıladı<span class="qirmizi"></span>

Əfqanıstanda “Çarikar” stadionunda 9-u qadın olmaqla 27 nəfər açıq şəkildə cəzalandırılıb. Ölkədə hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının tərəfdarları onları zina və oğurluğa görə cəzalandırırdılar.

SİA-nın yerli mənbələrə istinadən əldə etdiyi məlumata görə, bu barədə
rus portalı xəbər yayıb.

Onların oğurluq, nikahdan əvvəlki münasibət və evdən qaçmağa görə cəzalandırıldıqları qeyd edilir.
Cinayətkarlar 29-dan 35-ə qədər şallaq zərbəsi alıblar. Cəzanın icrasında yüzlərlə yerli sakin və radikal qruplaşmanın nümayəndəsi iştirak edib.

Qeyd edək ki,“Taliban” Əfqanıstanda ilk açıq edamı həyata keçirib.
Daha əvvəl bildirilmişdi ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk edamı həyata keçirib. Fərəh əyalətində quldurluq və qətl törətməkdə təqsirləndirilən şəxsə ölüm cəzası tətbiq edilib.

Onu da qeyd edək ki, hərəkət terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.
Ağasəf Babayev

 

Mənbə: sia.az