Rusiyada GÜCLÜ PARTLAYIŞ: yaralılar var

Rusiyada GÜCLÜ PARTLAYIŞ: yaralılar var<span class="qirmizi"></span>

Rusiyanın Ryazan şəhərində ikimərtəbəli ev uçub.

Publika.az URA-ya istinadla xəbər verir bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.

“Bu gün saat 17:40 radələrində Puşkin küçəsində ikimərtəbəli yaşayış binasının bir hissəsi uçub. Hazırda iki zərərçəkən olduğu məlumdur, onlar təcili xəstəxanaya göndərilib. İlkin məlumata görə, hadisəyə səbəb məişət qazının partlamasıdır", - deyə Malkov bildirib.

Qeyd edək ki, bu həftənin əvvəlində Nijni Novqorod, Nijnevartovsk, Yaroslavl, Omsk və Voronej vilayətlərində qaz partlayışları qeydə alınıb. Nijnevartovskda fövqəladə hadisə nəticəsində 8 nəfər ölüb.

Hüseyn İbadlı

 

Mənbə: publika.az