Ermənistanda 270 yük maşını ilişib qalıb

Ermənistanın Sünik vilayətinin (Qərbi Zəngəzur) Ağvan-Tatev şossesində 270 yük maşını yığılıb qalıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8 dekabrda Tatev kəndindən Şeytan körpüsünə gedən yolda yük maşınının sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yolda ilişib qalıb, nəticədə yol tamamən bağlanıb.

“Dekabrın 9 və 10-da aparılan bərpa işləri ilə əlaqədar olaraq Ağvan-Tatev beynəlxalq avtomobil yolunda gündüz saatlarında avtomobillərin hərəkətinə müəyyən məhdudiyyətlər qoyulacaq”, - deyə nazirliyin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, avtomobillər üçün Noravan-Ltsen-Tatev alternativ yolu fəaliyyət göstərəcək.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Finlandiya Rusiya ilə əlaqəli 11 yaxtanı müsadirə edib

SONRAKI XƏBƏR

Mirzə Babayev haqqında bilmədikləriniz - VİDEO