Arılara yaxınlaşmaq istəyən şəxs faciəvi şəkildə öldü

Arılara yaxınlaşmaq istəyən şəxs faciəvi şəkildə öldü<span class="qirmizi"></span>

Cənubi Afrikanın Şərqi Keyp əyalətinin Qonce şəhərində qəribə hadisə baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə, Nkosentsha Njimbana adlı bir adam bölgədə məşhur bir inanca görə, arı nəslindən olduğunu düşünüb.

O, öz kəndində arı sürüsü ilə qarşılaşanda arıların yanına gedib onlarla söhbət etmək istəyib. Lakin Nkosentsha Njimbananın istəyi əks nəticə verib və arılar qəfil hücuma keçiblər.

Qısa müddətdə çoxalmaqda olan arılar Nkosentsha Njimbananın bədəninin müxtəlif yerlərindən sancmağa başlayıb. Xeyli arı sancması, heç kimi ona kömək edə bilməməsi Njimbananın ölümü ilə nəticələnib.

 

 

Mənbə: big.az