Yasamalda "avtoşluq"la həbs olunan tələbə Binəqədidə də eyni əmələ görə tutuldu - VİDEO

Yasamalda "avtoşluq"la həbs olunan tələbə Binəqədidə də eyni əmələ görə tutuldu -  <span class="qirmizi">VİDEO</span>

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq əməlləri törədən şəxsi saxlayıb.

Xeberoxu.Az Avtosfer.az-a istinaən xəbər verir ki, 90-KR-072 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin sürücüsü İbrahimov Azər Ramiz oğlu avtoxuliqanlıq edərək video çəkib, sosial şəbəkələrdə paylaşıb. Saxlanınan şəxs barəsində toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə İbrahimov Azər Ramiz oğlu iki il sürücülük hüququndan məhrum edilməklə 700 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, bu şəxs Kooperasiya Universitetinin tələbəsidir və oktyabr ayında da eyni əmələ görə Yasamal rayonunda saxlanılmış və məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum edilmıəklə 15 gün müdddətində inzibati qaydadda həbs olunmuşdu.

Mənbə: xeberoxu.az