Xaçmazda göldə boğulan şəxs Vətən müharibəsi iştirakçısı imiş

Xaçmazda göldə boğulan şəxs Vətən müharibəsi iştirakçısı imiş

Ötən gün Xaçmaz rayonunun Ağaverdioba kəndi ərazisindəki süni göldə meyiti tapılan 23 yaşlı Fərid Rövşən oğlu Əliyev Vətən müharibəsi iştirakçısı olub. 
Ağaverdioba kənd sakini Fərid Əliyevin meyiti kəndin ərazisində yerləşən və rayonun Nərəcan kənd sakini, 44 yaşlı Aqil Babayevə məxsus olan 2,5 ha olan bağ sahəsinin suvarılması üçün nəzərdə tutulan süni sututarında tapılıb.
Xaçmaz rayon prokurorluğu Vətən müharibəsi iştirakçısının ölüm səbəbini araşdırır. 

 

 

Mənbə: bizim.media