Avtomobilini bərk sürdüyünə görə həmkəndlisinin başını yardı

Avtomobilini bərk sürdüyünə görə həmkəndlisinin başını yardı

Goranboy rayonunda həmkəndlilər arasında mübahisə qanla bitib.
BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, rayonun Azad kənd sakini Rasim Kərimov kəndlisi tərəfindən döyülüb. Yaralı baş nahiyəsinə daşla bir neçə zərbə alıb.
Nəticədə R.Kərimov hadisə yerində huşunu itirib. O, ətrafdakı insanların köməyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.
İlkin məlumatlara görə hadisəyə səbəb R.Kərimovun avtomobilini kənd ərazisində surətlə idarə etməsi olub.Bu da kəndlisinin xoşuna gəlməyib.
Faktla bağlı Goranboy rayon Polis İdarəsində araşdırma başlanılıb.

BAKU.WS

Mənbə: baku.ws