Oğurluq məqsədi ilə evə girmək istədi, havalandırma kanalında ilişib qaldı

Türkiyənin Qaziantep şəhərində oğurluq etmək məqsədi ilə evə girən şəxs tikilinin havalandırma sisteminin kanalında ilişib qalıb.

Hadisə yerinə gələn polislər şübhəli şəxsi saxlayaraq idarəyə aparıblar.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, oğurluq etməyə çalışan 29 yaşlı şəxs əvvəllər də müxtəlif cinayətlər törətdiyinə görə, məhkəmə qarşısına çıxarılıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qırğızıstanda uşaqlara təcavüz edənlər axtalana bilərlər

SONRAKI XƏBƏR

“Volvo” əyləc sistemindəki nasazlığa görə avtomobillərini geri çağırır