Paytaxtda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Nərimanov rayonunda 30 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1993-cü il təvəllüdlü Abdullayev Orxan Məhəmməd oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan O.Abdullayev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kris Hipkins Yeni Zelandiyanın baş naziri olub

SONRAKI XƏBƏR

Qırğızıstanda uşaqlara təcavüz edənlər axtalana bilərlər