Bakıda qadın piyadanı avtomobil vurub

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Mustafayeva Sevin Mehralı qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İsveçdə ərzaq qiymətləri il ərzində rekord həddə bahalaşıb

SONRAKI XƏBƏR

Ukraynalı nazirdən səhvlərlə bağlı etiraf...