Sumqayıtda yük avtmobili ahıl kişini vuraraq öldürüb

Sumqayıtda yük avtmobili ahıl kişini vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 24-də Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı km-də qeydə alınıb.

Belə ki, sürücü, 1957-ci il təvəllüdlü Babayev Bəhram Kərim oğlu idarə etdiyi “QAZ-330210” markalı yük avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1940-cı il təvəllüdlü Gülmalıyev Adil Məhi oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Vətəndaşa qarşı 260 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

SONRAKI XƏBƏR

ABŞ-da dəhşət: İt sahibini güllələdi