ABŞ-da dəhşət: İt sahibini güllələdi

ABŞ-ın Kanzas-Siti şəhərində pikapda cansız kişi cəsədi aşkarlanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şəhər polisindən verilən açıqlamada cansız vəziyyətdə tapılan şəxsin itinin tətiyə basması nəticəsində öz tapançasından vurularaq öldüyü müəyyən edilib.

Həmçinin, polis pikabda tüfəng və itin arxa oturacaqda olduğunu görüb. Kişinin cəsədi ekspertizaya göndərilib. İt isə Kanzas Vəhşi Təbiət və Parklar Departamenti və Vellinqton Yanğından Mühafizə İdarəsinə təhvil verilib.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtda yük avtmobili ahıl kişini vuraraq öldürüb

SONRAKI XƏBƏR

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var