Qadın 50 illik həyat yoldaşını tapança ilə öldürdü

ABŞ-da 76 yaşlı qadın 50 illik həyat yoldaşını xəstəxana otağında tapança ilə öldürüb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, öldürülən şəxsin uzun müddət ağır xəstə olduğu bildirilib.

Polislər ərini öldürən qadını çarpayının yanında əlində silahla oturmuş vəziyyətdə tapıblar.

Daha sonra cütlüyün plan qurduğu, birlikdə intihar etmək istədikləri üzə çıxıb. Amma məlum olub ki, qadın özünü öldürməyə cəsarət etməyib.

Bildirək ki, 76 yaşlı qadın polis tərəfindən saxlanılaraq, həbs edilib.

 

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Ukraynaya 31 ədəd tank verəcək

SONRAKI XƏBƏR

Ailə başçısını itirənlərə hansı hallarda müavinət verilir? - CAVAB