Almaniyada qatarda bıçaqlı hücum - İki ölü, yeddi yaralı

Almaniyada qatarda bıçaqlı hücum - İki ölü, yeddi yaralı<span class="qirmizi"></span>

Almaniyada naməlum şəxs qatarda iki nəfəri bıçaqlayıb, yeddi nəfəri yaralayıb.

"Unikal" xəbər verir ki, polis bildirib ki, kişi Kieldən Hamburqa gedən regional qatar Brokstedt stansiyasına çatmazdan bir müddət əvvəl bir neçə sərnişini bıçaqlayıb.

Polis sözçüsü Yurgen Henninqsen bildirib ki, yaralılardan ikisi hücumdan sonra ölüb. Üç nəfər ağır, daha dörd nəfər isə yüngül xəsarət alıb. Ölənlərin kimliyi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Hücum edən şəxs də yaralanıb və xəstəxanaya aparılıb.

Polis şübhəlinin şəxsiyyəti ilə bağlı 20-30 yaşlarında olmasından başqa heç bir məlumat verməyib. Hücumun mümkün motivləri araşdırılır.

Mənbə: www.unikal.org