Xerson limanında mərmi partladı: İki türk gəmisi zədələndi

Xerson limanında mərmi partlaması nəticəsində iki türk gəmisi qəlpələrlə zədələnib.

Bu barədə gəmilərdən birini idarə edən şirkətdən bildirilib.

Limanın atəşə tutulması zamanı mərmi partlayıb, lakin Türkiyə gəmiləri onun hədəfi olmayıb. Hərbi əməliyyatlar nəticəsində bir ilə yaxındır ki, Xerson limanında olan “Ferahnaz” və “Tuzla” gəmisi də zədələnib. Tuzla da qəlpələrə tuş gəldikdən sonra yanıb. Hər iki gəminin yan-yana dayandığını bildirib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Naxçıvanda terminallarda təbii qaz ödənişləri bərpa olunub

SONRAKI XƏBƏR

Doğum günündə dünyasını dəyişən qızın SON GÖRÜNTÜLƏRİ