Rusiyanın Ukraynaya atdığı raketlər 11 nəfəri öldürdü

Rusiyanın Ukraynaya atdığı raketlər  11 nəfəri  öldürdü<span class="qirmizi"></span>

Rusiya ordusunun yanvarın 26-da Ukraynaya 13 kütləvi raket zərbəsi və 15 pilotsuz təyyarə hücumu nəticəsində azı 11 nəfər həlak olub.

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, bunu Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Aleksandr Xorunjiy deyib.

"Bu gün Rusiyanın terror aktları nəticəsində 11 rayonda həm pilotsuz təyyarələr, həm də raketlər vurulub. 11 nəfər yaralanıb, 11 nəfər də ölüb. Bu, saat 15:00-a (teli vaxtla-red) olan məlumatdır".

Xatırladaq ki, Kiyevdə raket qalıqlarının düşməsi nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

Sonradan məlum olub ki, ruslar Ukrayna ərazisinə 55 raket atıb, onlardan 47-sini hava hücumundan müdafiə qüvvələrini vurub. Bununla belə, bəzi rayonlarda elektrik obyektlərinə ziyan dəyib.

Mənbə: lent.az