Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - YENİLƏNİB + FOTO/VİDEO

Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb.

Bu barədə APA məlumat verib.

Qeyd edək ki, hücumu dəf edərkən mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.

***

Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.

Əsəbi zəif olanların videoya baxması tövsiyə olunmur.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Həbs olunan məşhur narkobaron 216 milyon dolları təhvil verəcək

SONRAKI XƏBƏR

İstanbulda zavodda yanğın oldu