Pakistanda müəmmalı xəstəlik nəticəsində 18 nəfər öldü

Pakistanda müəmmalı xəstəlik nəticəsində 18 nəfər öldü<span class="qirmizi"></span>

Pakistanın Karaçi şəhərində müəmmalı xəstəlik hökm sürür.

Sonxeber.az xəbər verir ki, mənşəyi bilinməyən xəstəlik son 2 həftə ərzində ən azı 18 nəfər ölüb.

Onlardan 10-u tənəffüs çatışmazlığından ölüb.

Aiddiyyatı qurumlar ərazidə neft və çuqun istehsal edən fabriklərin olduğunu bildiriblər.

Bu fabriklərin buraxdığı zəhərli qazların xəstələrdə tənəffüs çatışmazlığına səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma başladılıb.

İstintaq çərçivəsində 3 zavod bağlanıb, 4 nəfər isə saxlanılıb.

 

 

Mənbə: sonxeber.az