2022-ci ildə korrupsiyaya yol vermiş 45 şəxs cinayət başında yaxalanıb

2022-ci ildə korrupsiyaya yol vermiş 45 şəxs cinayət başında yaxalanıb<span class="qirmizi"></span>

"2022-ci ildə korrupsiya hüquqpozmalarına yol vermiş 45 şəxs cinayət başında yaxalanıb".

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı 341 cinayət işi başlanıb, 274 şəxs barəsində 209 iş üzrə icraat tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 27 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib".

"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən 37 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanmış, habelə 12 nəfər axtarışda olan şəxs tutulub", - K.Əliyev vurğulayıb.

Mənbə: report.az