"Yanğın işi"nə görə erməni polkovnik 2 aylıq həbs edildi

"Yanğın işi"nə  görə erməni polkovnik 2 aylıq həbs edildi<span class="qirmizi"></span>

Ermənistanda hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini yanvarın 19-da Azad kəndində baş vermiş yanğının istintaqı çərçivəsində iki ay müddətinə həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Geqarkunik ümumi yurisdiksiya məhkəməsi N saylı hərbi hissənin arxa cəbhə və kommunal xidmət üzrə komandirinin müavini G.A.-ya qarşı 2 aylıq həbs qətimkan tədbiri qərarı verib”, - məlumatda deyilir.

Qeyd edək ki, bir neçə gün öncə İstintaq Komitəsi bildirilmişdi ki, polkovnik-leytenant Qor Aqekyan xidməti vəzifələrinin icrasına səhlənkar yanaşdığı üçün 15 hərbçi yanaraq ölüb.

Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçisi həlak olub, daha üçünün vəziyyəti isə hələ də ağırdır. İlkin məlumata görə, yanğına səbəb komandirin sobaya benzin tökməsi olub. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.
Tural Tağıyev

 

Mənbə: azvision.az