Şəmkirdə 38 yaşlı qadın özünü öldürmək istədi

Şəmkirdə qadın dərman içərək özünü zəhərləyib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Əfsanə Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin orta ağır olduğu bildirilir. 38 yaşlı qadının hansı səbəbdən intihar cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Polis araşdırmaya başladı - Məşhur futbolçunu körpüdən "asdılar"

SONRAKI XƏBƏR

Amerika Birləşmiş Ştatları İranı İTTİHAM ETDİ