27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücumla bəzi detallar məlum olub.
BAKU.WS İran mediasına istinadən xəbər verir ki, Tehrandakı səfirliyə xain hücumu 50 yaşlı şəxs həyata keçirib.
O səhər saatlarında Şəriəti küçəsində yerləşən səfirliyin qarşısında "Pride" markalı avtomobili ilə yaxınlaşıb.
Daha sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını hədələməyə başlayıb. Ardınca səfirlik əməkdaşlarına atəş açmağa başlayıb.
Hücum zamanı "Pride" markalı avtomobildə 14 və 7 yaşlı iki nəfər də olub.
Xain hücumdan sonra silahlı şəxs həbs edilib.
Qeyd edək ki, Azərbaycan səfirliyinə silahlı hücum zmaanı bir nəfər şəhid olub, ikisi yaralanıb.
Mənbə: baku.ws