15 erməni hərbçinin yanaraq ölməsi ilə bağlı ŞOK FAKTLAR

15 erməni hərbçinin yanaraq ölməsi ilə bağlı ŞOK FAKTLAR<span class="qirmizi"></span>

Əsgərləri zəhrələyib öldürüblər, sonra da yandırıblar.
Yanvarın 19-da Ermənistanın Basarkeçər əyalətindəki Azat kəndində 15 erməni hərbçinin ölümü ilə nəticələnən yanğın hadisəsində orada ölən əsgərlərdən birinin anası yanğınla bağlı irəli sürülən rəsmi iddiaları alt-üst edən iddia ilə çıxış edib.
“Ölkə.Az” xəbər verir ki, yanğın hadisəsində ölən Volodya Nersisyanın anası Ani Tadevosyanın iddiasına görə, yanğın hadisəsi baş verəndə onlar artıq ölmüş vəziyyətdə olub. “Əgər belə olmasaydı, bu qədər dəhşətli hadisə baş verməzdi”- o qeyd edib.
Ani Tadevosyan iddia edir ki, baş verənlərin əvvəlcədən bəlli olan niyyətin nəticəsi olduğuna əmindir: “Uşaqları zəhərli qazla və ya başqa yolla yatırıb öz çirkin işlərini görüblər. Dekabrın 17-də Volodya beş günlük məzuniyyətə gəldi. Nə isə onu narahat edirdi. Qeyri-qanuni nəsə baş verib”, - deyə Tadevosyan bildirib.
O əlavə edib ki, bu mümkün deyildi, yalandır: “İzahat versinlər ki, kapitanın o vaxt orda nə işi var idi, əvvəllər belə vaxtlarda komandir heyətindən heç kim əsgərlərin yanında olmamışdı”.
Ölən hərbçinin qardaşı Karlos Nersisyan isə bildiirb ki, meyitləri morqda görəndə yanğın baş verənədək bütün hərbçilərin ölü olduğunu anladım.
Yanğın baş verməmişdən bir az öncə qardaşı Volodya ilə danışdığını deyən Karlos Nersisyan bildirib ki, yalnız məhkəmə-tibb ekspertləri uşaqlar yatmazdan əvvəl huşsuz olublar, ya zəhərli qazdan nəfəs alıblar, ya da güclü yuxu həbləri ilə yatırıldıqlarını deyə bilər.
“Çünki qardaşımla danışanda həmin vaxt bir neçə nəfər soba ətrafında oturub kofe içdiklərini dedi. Yatmamışdılar. Mən rəsmi versiyanı təkzib edirəm, çünki telefonla danışanda kapitan orada olmayıb. Onların sobanı benzinlə qızdırmaq istədiklərini düşünmək ağılsızlıqdır. Oradakı benzinin isə evi yandırmaq üçün olduğunu istisna etmirəm. Amma oradakı əsgərlər zəhərli qaz, yuxu dərmanı, qətl, təxribat - hər şey mümkündür. Onlar yuxuda ölüblər. Çünki morqda baxanda onlardan birinin ayaqları çarpaz, digərinin əli alnında, üçüncüsünün isə əli başının altında idi. Heç kim əzab içində ölməyib, paltarda, ayaqqabıda olublar. Qapının hansı səbəbdən bağlandığı da bəlli deyil. Əgər səhlənkarlıqdan söhbət gedirsə, o zaman bu, ilk növbədə baş nazirdən və müdafiə nazirindən gəlir, onlar birinci istefa verməli idilər”, - deyə ölən əsgərin qardaşı bildirib.
Mürtəza

Mənbə: olke.az