Şəhid Orxan Əsgərovun atası bu vəzifəli şəxsdir

Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində şəhid olan Orxan Əsgərovun atası vəzifəli şəxsdir.

Manset.az-ın əldə etdiyi məlumata görə, Orxan Əsgərovun atası Rizvan Əsgərov Gəncədə tanınmış həkimlərdən biridir. O, hazırda Gəncə Birləşmiş Xəstəxanasının nəznində olan Z.Məmmədov adına xəstəxananın pediatrya şöbəsinin müdiridir.

Şəhidin atası Rizvan Əsgərov Manset.az-a açıqlamasında hadisədən indi xəbər tutduğunu bildirib:

"Hadisədən indi xəbər tutmuşam. Hazırda yoldayam Gəncədən Bakıya gedirəm. Heçnədən xəbərim yoxdur. İndi inanın ki, danışmaq çox çətindir."

Manset.az

ƏVVƏLKİ XƏBƏR

27 yaş gəncləşmək üçün 2 milyon xərcləyən şəxsin son halı görənləri təəccübləndirir- FOTO

SONRAKI XƏBƏR

50 il öncə bu gün: Türkiyəli diplomatların öldürüldüyü tarixdə Azərbaycan səfirliyinə hücum