50 il öncə bu gün: Türkiyəli diplomatların öldürüldüyü tarixdə Azərbaycan səfirliyinə hücum

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki mühafizə əməkdaşı da yaralanıb.

Bu məqamda Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında edilən paylaşım diqqət çəkib.

Belə ki, nazirlik paylaşımında 1973-cü il yanvarın 27-də türkiyəli diplomatlar Mehmet Baydarla Bahadır Dəmirin erməni terrorçular tərəfindən qətlə yetirildiyi qeyd olunub, onların sayğı ilə xatırlandıqları bildirilib.

Maraqlıdır ki, 50 il sonra eyni gündə Azərbaycanın da İrandakı səfirliyinə hücum edilib. Görəsən, tarix təkrarlanır?!

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid Orxan Əsgərovun atası bu vəzifəli şəxsdir

SONRAKI XƏBƏR

Bu, Bakının İsraildə səfirlik açmasına cavabdır – Şok