8 yaşlı uşağı çimərlikdə İLDIRIM VURDU

8 yaşlı uşağı çimərlikdə İLDIRIM VURDU<span class="qirmizi"></span>

Avstraliyanın Şellharbur şəhərində çimərlikdə çimən uşağı ildırım vurub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 yaşlı uşaq döş qəfəsindən ağır yanıq xəsarətləri alıb, ürəyi dayanıb.

Xilasedicilər zərərçəkəni sudan çıxarıb və təcili yardım çağırıblar. Həkimləri gözləyərkən uşağa bir neçə dəfə ürək-ağciyər reanimasiyası əməliyyatı ediblər. Həkimlər zərərçəkənə ilkin tibbi yardım göstərib, sonra xəstəxanaya aparıblar. Uşağın vəziyyəti kritik, lakin stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Shellharbor bölgəsində havanın temperaturu 33 dərəcəyə çatıb. Lakin sonra Dövlət Fövqəladə Hallar Xidməti tufanla bağlı xəbərdarlıq edib. Fövqəladə Hallar Xidməti sakinlərə avtomobilləri sığınacaq altına qoymağı, elektrik cihazlarını elektrik şəbəkəsindən ayırmağı və pəncərələrdən uzaq durmağı da tövsiyə edib.

Mənbə: lent.az