Faiq Ağayev: “Əminəm ki, Azərbaycan qanlı terror aktını cavabsız qoymayıb, lazımi tədbirlər görəcək”

Faiq Ağayev: “Əminəm ki, Azərbaycan qanlı terror aktını cavabsız qoymayıb, lazımi tədbirlər görəcək”<span class="qirmizi"></span>

 

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Xalq artisti Faiq Ağayevin törədilən terror hadisəsi ilə bağlı reaksiyası gecikməyib.

Sənətçi Bizim.Media-nın əməkdaşı ilə söhbətində hadisəni pislədiyini deyib:

"Əminəm ki, Azərbaycan dövləti bu qanlı terror aktını cavabsız qoymayıb, ən tez zamanda lazımi tədbirlər görəcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.

“Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Mənbə: bizim.media