Qəlbimiz qətlə yetirilən şəxsin ailəsinin yanındadır - Yunanıstan səfirliyi

Qəlbimiz qətlə yetirilən şəxsin ailəsinin yanındadır - Yunanıstan səfirliyi<span class="qirmizi"></span>

Yunanıstan səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

"Bu gün Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumdan sarsıldıq. Diplomatik nümayəndəliklərin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipidir. Qəlbimiz və fikrimiz qətlə yetirilən şəxsin ailəsinin yanındadır", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

 

Mənbə: news.milli.az