Sabirabadda avtomobil ağaca çırpılıb, iki qardaş xəsarət alıb

Sabirabadın Ulacalı kəndində minik avtomobilinin ağaca çırpılması nəticəsində iki qardaş xəsarət alıb.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə zamanı rayonun Ulacalı kənd sakinləri, 1996-cı il təvəllüdlü Alışov Qurban İxtiyar oğlu və onun qardaşı, 1997-ci il təvəllüdlü Alışzadə Nurlan İxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Hər ikisi Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ərəb ölkələri Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləyən bəyanatlar yayıblar

SONRAKI XƏBƏR

Ukrayna: Rusiyanın hücumları nəticəsində ölən və yaralananlar var