Şərur sakinlərindən silah götürülüb

Şərur rayon sakinlərində silah aşkarlanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında Siyaqut kəndində Novruzov Həsənqulu Məhərrəm oğlundan və Aşağı Aralıq kəndində Talıbov Rövşən Abdulla oğlundan Türkiyə istehsalı olan 12 kalibrli "Vinçestr" silahları aşkarlayaraq götürüblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

 

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Səfirliyə hücumun arxasındakı "GÜC": "Üçüncü tərəfin izlərini axtarmaq doğru olar"

SONRAKI XƏBƏR

Avropa çempionatı: Azərbaycanın fiqurlu konkisürənləri finala yüksəliblər